AVRO-2024-ün final matçının hakimi bəlli olub

AVRO-2024-ün final matçının hakimi bəlli olub
İdman 83

AVRO-2024-də İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final matçının baş hakimi fransalı referi Fransua Leteksier olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Avropa çempionatının final oyunu bazar günü, iyulun 14-də baş tutacaq. Komandalar Berlindəki (Almaniya) Olimpiya Stadionunda oynayacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yarımfinalda İspaniya yığması Fransaya (2:1), ingilislər Hollandiyaya (2:1) qalib gəlib.

Son xəbərlər