Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda ikinci turniri keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunmuş yarışda bir-birindən maraqlı qarşılaşmalar olub.
Əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M.Torresi nokaut edib.
Bakıdakı ilk UFC turniri 2025-ci ildə keçirilib.
Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.
Qalereya
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən m...