SİZİN REKLAM BURADA!
055 213 76 73


Arda Gülər Türkiyə millisinin Avstriyanı məğlub edərək AVRO 2024-ün 1/4 finalına yüksəldiyi matçdan danışıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoldaşlıq görüşündə 6:1 hesabı ilə uduzduqları matçı xatırladan gənc ulduz Avstriyadan qisas aldıqlarını deyib:

"Son yoldaşlıq matçında pis məğlub olduq. Bunun qisas matçı olduğunu bilirdik. Berlini təsəvvür edə bilirəm.Buraları gördükdən sonra ora da inanılmaz olacaq. İnşallah o matçda da xalqımızı sevindirəcəyik".

"İnanılmaz bir axşam oldu. Biz də xoşbəxtik. Qələbə üçün hər şeyi verən komanda var idi. Müəyyən oyun planımız var idi. Ona sadiq oynadıq. Burada inanılmaz ab-hava var idi, bizi daha da gücləndirdilər", - deyə Arda qeyd edib.

"Montellanın onu fərqli mövqedə oynatdırdığını vurğulayan Arda, "Belə rəqiblərə qarşı topun arxasına keçəndə hamımız qaçmalıyıq. Bu gün öyrəşmədiyim bir mövqedə oynadım. Məşqçi məndən bağlantı yaradan oyunçu olmağımı istədi. Əlimizdən gələni etdik".

BAKU.WS