"Real Madrid" Kroosun əvəzini "Yuventus"da tapdı

Real Madrid Kroosun əvəzini Yuventusda tapdı
İdman 344

"Real Madrid" "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabionun xidmətində maraqlıdır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Madrid klubu AVRO-2024-dən sonra karyerasını başa vuracaq Toni Kroosa əvəzləyici axtarır.

Rabionun Turin komandası ilə müqaviləsi iyunun 30-da başa çatır. Klub ona müqaviləni iki il uzatmağı təklif etsə də, lakin Adrien hələ cavab verməyib.

Komanda daha bir neçə gün gözləmək niyyətindədir, lakin artıq Rabionu əvəzləmək variantları da mövcuddur. Söhbət "Monako"nun yarımmüdafiəçisi Yusuf Fofana və "Nitsa"dakı Kefren Tyuramdan gedir.

Qeyd edək ki, Rabio cari mövsümdə klubun heyətində 35 oyunda beş qol vurub və üç məhsuldar ötürmə edib.

Son xəbərlər