SİZİN REKLAM BURADA!
055 213 76 73


Superliqa komandalarından olan "Fənərbağça" Bundesliqa təmsilçisi "Bayern"də çıxış edən Kinqsli Komanla maraqlanır.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo transfer siyahısını rəhbərliyə təqdim edib.

Portuqaliyalı çalışdırıcının siyahısında "Bayern"nin ulduz futbolçusu Kinqsli Komanın yer aldığı və fransız ulduzla danışıqlara başlanıldığı bildirilib.

Komanla əlaqə saxlayan "Fənərbağça"nın İdman Direktoru Mario Branko, illik 17 milyon avro qazanan ulduz futbolçunu kluba cəlb etmək üçün çalışmalara başlayıb.

27 yaşlı futbolçunun Branko arasında keçirilən görüşlərdə Türkiyədə futbol oynamağın hazırda planları arasında olmadığını dediyi və təklifə görə "Fənərbağça"ya təşəkkür etdiyi qeyd olunur.

Qeyd edək ki, Almaniya klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər davam edən Koman 2023-2024 mövsümündə 27 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

BAKU.WS