SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" rəhbərliyi gözləntilərdən aşağı performans sərgiləyən və maaşı yüksək olan futbolçularla yollarını ayırmaq qərarına gəlib.

BAKU.WS “Sabah.com.tr”ya istinadən xəbər verir ki, Serge Auruer, Tanguy Ndombele, Carlos Vinicius, Sergio Oliveira və Teteni. yeni mövsümdə komandadan göndəriləcəyi gözlənilir.

Məlumata görə, Hakim Ziyeşin taleyinə sezon sonu qərar veriləcək. Təklif gələcəyi təqdirdə Barış Alper Yılmaz, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlunun da satılacağı qeyd edilib.

Qeyd edək ki, hazırda Türkiyə Süperliqasında 31 matçda toplam 84 xalı olan "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı 2 xal qabaqlayaraq liderliyini qorumağa davam edir.

BAKU.WS