SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasının lideri "Qalatasaray" bu gün çempionluq üçün meydana çıxır.

BAKU.WS xəbər verir ki, “sarı-qırmızılı” komanda 36-cı həftədə qonağı olacağı "Ankaragücü"nü məğlub edəcəyi təqdirdə liqada 23-cü çempionluğunu elan edəcək.

“Aslanlar” “Ankaragücü” ilə matçda xal itirsə, 5 xal öndə olduğu 2-ci pillədəki “Fənərbaxça”nın öz meydanında “Fraport TAV Antalyaspor”a xal itirməsini gözləyəcək.

Sarı-qırmızılılar xal itirsə və "Fənərbaxça" qalib gəlsə, çempionluq kuboku sahibini iyunun 4-də Nef Stadionunda keçiriləcək “Qalatasaray”-“Fənərbaxça” derbisində tapacaq.

Məlumata görə, klubun baş məşqçisi Okan Buruk son zamanlar ard-arda qələbələr qazanan heyətdə ciddi dəyişiklik etməyəcək. Buna baxmayaraq, Nikolo Zaniolo ötən matçda aldığı qırmızı kart səbəbilə bugünkü oyunu buraxacaq.

"Qalatasaray"ın futbolçuları Mauro İkardi, Dris Mertens, Kerem Aktürkoğlu, Serxio Oliveira, Milot Raşitsa və Fredrik Midtsjö bu axşam kart alsalar, liqanın 37-ci həftəsində keçiriləcək “Fənərbaxça” derbisində oynaya bilməyəcəklər.

Qeyd edək ki, həlledici oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

BAKU.WS