SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayer"in idman direktoru Saymon Rolfes ispan mütəxəssis Xabi Alonsonun Leverkuzen klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS xəbər verir ki, o Xavinin klubda rahat və xoşbəxt olduğunu bildirib.

“Mən sakit və nikbin qalıram. Məşqçilər üçün ən önəmlisi onların özlərini rahat hiss etmələri və özlərini doğru yerdə hiss etmələridir. Xabi bunu dəfələrlə deyib”, – Frankfurter Rundschau Rolfesdən sitat gətirir.

Daha əvvəl Xabi Alonso ilə "Liverpul" və "Bayern" (Münhen) klublarının maraqlandığı bildirilirdi.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer Leverkuzen”ə rəhbərlik edir. Bu mövsüm Almaniya çempionatının 23 turundan sonra ispan mütəxəssisin rəhbərliyi altında "Bayer" 61 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” ikinci yerdədir. Münhen klubunun 53 xalı var.

Xatırladaq ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Bayer” matçı 7 mart, 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. Cavab qarşılaşması 1 həftə sonra Almaniyada baş tutacaq.

BAKU.WS