SİZİN REKLAM BURADA!
055 213 76 73


Şərti azadlığa buraxılan müğənni Kalben Sağdıç ilk dəfə bu barədə danışıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi video yayaraq səhhətinin yaxşı olduğunu və doğmalarınınю əzizlərinin əhatəsində olduğunu qeyd edib.

Kalben belə bir xəbərlə gündəmə gəldiyi üçün təəssüf etdiyini deyib.

Xatırladaq ki, ötən gün İstanbulun Beyoğlu səmitində polislərin keçirdiyi narkotik əməliyyatı zamanı saxlanılan ifaçının xaricə çıxışı qadağan edilib. O dindirilən zaman narkotik satıcısı deyil də, istifadəçisi olduğunu etiraf edib.

Polislər müğənninin evində əməliyyat keçirən zaman o əlindəki narkotik maddələri eyvandan aşağı atmağa cəhd göstərib.

Qeyd edək ki, ötən gün Kalbenin mənzilində əməliyyat zamanı 15 qram narkotik maddə, 2 000 avro, 730 dollar və 1500 lirə də tapılıb.

BAKU.WS
VİDEO