SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

***23:35

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.

90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.

Leverkuzen təmsilçisinin heyətində Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək, adını tabloya yazdırıb.

***22:51

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda fasilə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə ikinci hissə başlayıb.

Hazırda hesab 0:0-dır.

***22:31

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda birinci hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə yollanıblar.

İlk hissədə qapılara qol vurulmayıb.

***21:48

“Qarabağ”la Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmaya saat 21:45-də start verilib.

Görüşü ingiltərəli Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***20:48

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və “Bayer 04”ün start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.

“Bayer 04”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix (k), 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək görüş saat 21:45-də başlayacaq.

BAKU.WS