SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın ulduz futbolçusu Kerem Aktürkoğlu "Fatih Karagümrük" matçından sonra evə qayıdarkən yolda bir şəxslə mübahisə edib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Futbolçunun avtomobilindən enərkən görüntüləri kameralara düşüb. Tərəflər arasında bir anlıq gərginlik olub və mübahisə yaranıb.

Keremin evə gedərkən bir qrup azarkeşin hücumuna məruz qaldığı iddia edilib. 

Görüntülərdə həmin şəxsin Kerem Aktürkoğluna "Sən milli komanda oyunçususan" dediyi eşidilir.

Müzakirənin matçla heç bir əlaqəsi olmadığı və yol mübahisəsi olduğu iddia edilib.

Qeyd edək ki, Kərəm Aktürkoğlu 2:0 hesabı ilə məğlub olduqları görüşdə meydançaya ilk 11-də çıxıb və 73 dəqiqə meydanda qalıb.

Bu mövsüm bütün yarışlarda 42 matça çıxan Aktürkoğlu 14 qol vurub, 8 məhsuldar ötürmə edib.

BAKU.WS
VİDEO