SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransalı futbolçu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanenin haqqında şikayət edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Benzema Fələstinə verdiyi dəstəkdən sonra ölkəsində yüksək səviyyəli siyasətçilərin hədəfi olsa da, onu "Müsəlman qardaşlar" təşkilatı ilə əlaqədə ittiham edən daxili işlər naziri Darmaninə qarşı Respublika Ədalət Məhkəməsinə (CJR) şikayət edib.

"Əl-İttihad" klubunun ulduzu "Müsəlman qardaşlar" və ya hərəkatda iştirak edən hər hansı bir şəxslə zərrə qədər də əlaqəsi olmadığını bildirib.

Benzema şikayət ərizəsində "siyasi oyunlar"ın hədəfində olduğunu və bunun xüsusilə oktyabrın 7-dən sonra baş verdiyini bildirib.

Xatırladaq ki, Fransanın daxili işlər naziri Jerald Darmanen "CNEWS" telekanalına müsahibəsində Benzemanın Qəzza zolağının sakinlərinə dəstək postuna reaksiya verərək, idmançının, "hamının bildiyi kimi, Müsəlman Qardaşları ilə əlaqələri olduğunu" söyləyib.

"Müsəlman qardaşları" 1928-ci ildə Misirdə Həsən əl-Bənna tərəfindən qurulan tarixi hərəkat kimi tanınır.

BAKU.WS