SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransalı hücumçu Kərim Benzema "Real Madrid"i tərk edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Kərim Benzema "Real"a 2009-cu ildə cəmi 21 yaşında ikən keçib. O, tariximizin bu qızıl çağında əsas oyunçu olub. 14 mövsümdə 25 titul qazanıb.

Kərim Benzemanın "Real Madrid"dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb. "Real Madrid" həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır", - açıqlamada deyilir.

Qeyd olunur ki, iyunun 6-da futbolçu ilə vida mərasimi keçiriləcək.

Benzema 647 matçla "Real"ın heyətində ən çox oyun keçirən 5-ci futbolçudur. Fransalı "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

Benzema 2022-ci ildə ilk dəfə "Qızıl top" (Ballon d'Or) qazanıb.


BAKU.WS