SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubundakı gələcəyi ilə bağlı qərar verib.

BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Abdella Boulmanın sosial şəbəkələrdə məlumat yayıb.

25 yaşlı futbolçu PSJ ilə müqaviləsini yeniləməyəcək və yayda klubu tərk edəcək.

Yanvarın 8-də "Real Madrid"in fransalı hücumçu ilə artıq tam razılığa gəldiyi bildirilirdi.

Futbolçunun transferində "Liverpul" da maraqlıdır.

Lakin jurnalist Fransua Qalardonun sözlərinə görə, forvard Madrid klubuna keçmək istədiyi üçün mersisaydlıların təklifini rədd edib.

Qeyd edək ki, bu mövsüm Mbappe PSJ-nin heyətində 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır.

BAKU.WS