SİZİN REKLAM BURADA!
055 213 76 73


"PSJ" klubunun fransalı hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında klub ilə müqaviləsini birtərəfli qaydada ləğv edə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazır.

Onun müqaviləsində xitam bəndinin olduğu qeyd olunur.

İddiaya görə, Madrid "Real"ı fransız futbolçu ilə hələ də müqavilə bağlamaqda maraqlıdır və Mbappe özü də İspaniya klubuna keçmək istəyir.

Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm 26 oyunda 25 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Kilian Fransa Milli komandasının tərkibində Argentinanın qalib gəldiyi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalına yüksəlib və final oyununda 3 qol vurub.

BAKU.WS