SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandı almaq imkanlarını araşdırır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "AS" nəşri yazır.

Madrid klubu, komandanın PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalaya bilməyəcəyi təqdirdə Haaland variantını nəzərdən keçirir.

Mbappe "Real"a keçmək qərarını gecikdirsə, İspaniya təmsilçisi nəhayət diqqətini Haalada yönəldəcək.

Qeyd edək ki, daha əvvəl Haalandın Madrid klubuna keçməkdə maraqlı olduğu bildirilirdi.

Xatırladaq ki, Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

23 yaşlı norveçli bu mövsüm Premyer Liqada 15 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

BAKU.WS