SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" PSJ-nin fransız hücumçusu Kilian Mbappenin transferi üçün sənədləri tamamlamağa başlayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə ispan jurnalist Ramon Alvares de Mont məlumat verib.

O qeyd edib ki, "Kral klubu" yanvarın ilk həftəsində futbolçu ilə əlaqə yaratmaq niyyətindədir.

Madrid klubunun prezidenti Florentino Peresin Mbappeyə şəxsən zəng edərək onun transferini müzakirə edəcəyi də gözlənilir.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib. Fransalı 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS