SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ Kilian Mbappenin əsas heyətə qayıtdığını açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Loryan”lə oyundan əvvəl komanda və Kilian Mbappe arasında konstruktiv, müsbət danışıqlar baş tutub. Nəticədə oyunçu bu səhər əsas komandanın məşqinə qaytarılıb.

Daha əvvəl məlum olmuşdu ki, PSJ 2024-cü ilin yayında “Real Madrid”ə transfer zəmanəti ilə Mbappenin müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəyir. Kilian isə müqaviləsini bir il uzatmaq variantını aktivləşdirmək istəmədiyi üçün bir neçə həftəlik PSJ-dən uzaqlaşdırılmışdı.

O, heç vaxt Luis Enrikenin rəhbərliyi altında məşq etməyib.Dünən Liqa 1-in 1-ci turunun “Loryan”la oyununu (0:0) Mbappe tribunadan izləyib

BAKU.WS