SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopezin konsert biletləri satılmır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, gələn ay start götürəəck "This is Me" adlı konsert turunun bilet satışları gözlənilən nəticəni verməyib.

"Ticketmaster"in yaydığı məlumata əsasən, biletlərin xeyli hissəsi satılmayıb. Satılmayan biletlər daha çox Denver, Colorado və Oklahoma bölgələrinin payına düşür.

Bəzi mənbələrdən verilən məlumata görə, konsertlərinə bir ay qalmış biletləri satılmayan Lopez ilhamlanmaq üçün rəqibləri Telor Svift və Madonnanı izləməyə başlayıb.

Cenniferin konsert biletlərinin qiyməti 651 və 4198 dollar (təxminən 1106 və 7136 AZN ) arasında dəyişir.

ABŞ-də Pörl Cem və Billi Coel kimi məşhurların konsert biletləri tükənərkən səhnə şouları ilə gündəm olan 54 yaşlı Lopezin konsert biletlərinin satılmamağı müzakirələr yaradıb. 

BAKU.WS