SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ klubu fransalı hücumçu Kilian Mbappeyə ultimatum göndərib.

BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Sky Sports"un məlumatında deyilir.

Klub bildirib ki, o, iyulun 31-ə qədər karyera gələcəyi ilə bağlı qərar verməlidir.

Mənbənin məlumatına görə, Paris klubu futbolçudan müqavilənin ən azı 2025-ci ilə qədər uzadılmasını tələb edir.

Mbappe yeni müqavilə imzalamaqdan imtina edərsə, PSJ onu ən böyük məbləği təklif edəcək kluba satacaq.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir və daha bir il uzadılma imkanı var.

Xaırladaq ki, Mbappe 2017-ci ilin yayında "Monako"dan icarə əsasında PSJ-yə keçib. Bir mövsüm sonra parislilər onun transferini 180 milyon avroya reallaşdırıblar. Bu transfer hələ də futbol tarixinin ən bahalı transferi reytinqində ikinci yerdədir.

BAKU.WS