EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi EEVZA çempionatına 14 voleybolçu ilə hazırlaşır
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına hazırlaşır. “Report”un məlumatına gör...
