Tanınmış rəqqasə ona 40 milyonluq "Bentley" alan ərindən boşanır
19
sen
2025
13:34
Məşhur rəqqasə Asena həyat yoldaşı Hasan Deredən boşanıb.
BAKU.WS xəbər verir ki, 8 ildir evli olan cütlüyün ayrılmasına xəyanət səbəb olub.
Bu barədə "Gel Konuşalım" məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Hasan Dere Asenaya qara "Bentley" markalı maşın almışdı.
Onun qiyməti 40 milyon lirədir (təxminən 1 milyon 944 000 AZN)
Asena "Həyat yoldaşım çox mərhəmətlidir. Allahıma min şükür olsun ki, belə bir həyat yoldaşım var" - deyərək açıqlama vermişdi.
Onu da bildirək ki, Asena ilə Hasan 2017-ci ildə Almaniyada gizli evlənib.
Oxşar xəbərlər
Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!"
Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasib...