III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.
B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.
Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə altı komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
A qrupu
27 sentyabr
12:00. Tacikistan - Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan - Tacikistan
1 oktyabr
14:00. Azərbaycan - Qırğızıstan
B qrupu
27 sentyabr
14:00. Belarus - Rusiya
29 sentyabr
12:00. Belarus - Özbəkistan
1 oktyabr
12:00. Rusiya - Özbəkistan
3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda
4 oktyabr
14:00. Final
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...