SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasının komandalarından olan "Adana Dəmirspor" Yunes Belhanda ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Belhandaya hər şey üçün təşəkkür edirik. Peşəkar futbolçumuz Younes Belhanda ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Super Liqa və Avropa macərasında göstərdiyi mübarizəyə görə Younes Belhandaya təşəkkür edirik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor” ciddi maliyyə böhranı ilə üzləşib. Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb. O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik çəkir.
Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. 

BAKU.WS