Turistlərin Bakıda keçirilən "Formula-1"ə marağı böyükdür
Bakı artıq doqquzuncu dəfədir ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir.
Baku TV "Formula-1" üzrə Azərbaycan Qran-prisinin ikinci günündə avtomobil yarışını izləməyə gələn azarkeşlərin təəssüratını öyrənib.
"Burada təşkilatçılıq yüksək səviyyədədir. Şəhər də çox gözəldir. İlk dəfədir Azərbaycan Qran-prisində iştirak edirəm. Mənim üçün xoş təcrübə oldu", - deyə onlardan biri söyləyib.
Başqa bir azarkeş isə belə deyib:
"Bir çox yerlərdə "Formula-1" yarışlarında olmuşam. Ən gözəl Bakıda təşkil olunub. Həmçinin siz çox qonaqpərvərsiniz. Nəyəsə ehtiyacın olanda insanlar qısa zamanda dəstək olurlar".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarl...