Banka borcu olanlar üçün VACİB AÇIQLAMA
Kredit gecikmələrinə görə tətbiq edilən cərimələr bəzən ümumi borcun əhəmiyyətli hissəsinə çevrilir. Nəticədə vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizləri hesabına daha da artır.
Maraqlıdır, qanunvericiliyə əsasən, ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əgər vətəndaş istehlak krediti götürürsə, bu halda gecikməyə görə maksimum 5 faiz əlavə cərimə təyin edilə bilər.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz əlavə edilməklə, biznes kreditlərində isə maksimum 9 faizə qədər gecikmə faizi tətbiq oluna bilər.
Ekspert, həmçinin qeyd edib ki, bütün cərimə şərtləri kredit müqavilələrində mütləq göstərilməlidir.
Yeri gəlmişkən, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına əsasən, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529.4 milyon manatının ödəniş müddəti keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 34.7 milyon manat çoxdur.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sakinlərin səbri tükəndi: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik, qışda da hər yer palçıq olur"
Qəbələ rayonunun Kürd kəndinin sakinləri yol, işıq və su problemindən şikayətçidirlər. Kənd sakinləri narazılıqlarını Baku TV ilə bölüşüblər. "Problemlərlə bağl...