SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib.

“Report”un məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Superliqanın XVII turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.

Qeyd edək ki, Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.

BAKU.WS