SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib.

Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***19:31

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib.

***19:24

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib - 3:2.

Cenk Tosun penaltini dəqiq yerinə yetirib.

***18:50

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub.

44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib.

Görüşdə ilk hissə başa çatıb.

***18:30

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda "Sabah" öndədir - 2:1. 

***18:12

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.
*** 18:00

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.

Matçı Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

BAKU.WS