SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün keçirdiyi əməliyyat nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.

BAKU.WS
QALEREYA