SİZİN REKLAM BURADA!
055 213 76 73


2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.

Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

BAKU.WS