SİZİN REKLAM BURADA!
055 213 76 73


Olimpiya mükafatçısı finlandiyalı xokkeyçisi Sanna Hakala İsveçdə matç zamanı başını qapı dirəyinə vurduqdan sonra sinəsindən aşağı iflic olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, karyerasını bitirməli olan Hakala əlil arabasına məhkum olub.

Məlumata görə, Hakalanın qollarını və əllərini istifadə etmək qabiliyyəti də azalıb.

Bildirilir ki, xokkeyçi İsveç Qadın Xokkey Liqasında "Yurqorden"lə matçın ilk hissəsində başı ilə qapı dirəyinə dəyərək zədələnib.

Ağır yaralanan Hakala əvvəlcə yaxınlıqdakı xəstəxanada əməliyyat olunub. Daha sonra Linköpinqdəki Universitet Xəstəxanasına köçürülüb.

O, "Keçən cümə günü qapı dirəyinə dəydikdən sonra aldığım zədə, qollarım və əllərimdəki funksiyaların itirilməsi ilə yanaşı, sinəmdən aşağı iflic olmağıma səbəb oldu", - deyə açıqlamasında bildirib..

Qeyd edək ki, Sanna 2018-ci ildə Pxençxanda və 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Finlandiyanı təmsil edərək iki bürünc medal qazanıb. O, həmçinin 2019-cu ildə dünya çempionatlarında gümüş, 2017 və 2021-ci illərdə isə bürünc medal qazanıb.

BAKU.WS