SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu “Səbail”i qəbul edib. Şahin Diniyevin yetirmələri liderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Qarabağ”a müqavimət göstərə bilməyiblər. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə vurduğu qollar sayəsində Qurban Qurbanovun kollektivi aktivinə 3 xalı yazdırıb.

Pedro Nunonun 76-cı dəqiqədə vurduğu top isə “Səbail” üçün təsəlli olub.

3:1 hesablı qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. Hesabında 21 xal olan “Səbail” isə 4-cü yerə düşüb.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2), “Zirə” isə “Qəbələ”ni (1:0) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XIV turun matçları 24-26 noyabr tarixlərində keçiriləcək.

***18:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “qartallar” liderliyini davam etdirir. “Qəbələ” 8 xalla sonuncu - 10-cu sıradadır.

***09:26

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

BAKU.WS xəbər verir ki, ilk olaraq "Zirə" "Qəbələ"ni qəbul edəcək. "Qartallar" 24 xalla liderdir, "qırmızı-qaralar" 8 xalla sonuncu-10 pillədə qərarlaşıb.

Günün ikinci matçında "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, "dənizçilər" 21 xalla 4-cü sıradadır.

16:30. "Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ”– “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.

BAKU.WS