SİZİN REKLAM BURADA!
055 213 76 73


Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hummels Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

PSJ ilə yarımfinal cavab oyununda (0:1) almaniyalı futbolçu qələbə qolunu vurub, həmçinin altı dəfə topa sahib olub.

Onun yeganə rəqibi "Bayern" ilə yarımfinalın cavab oyununda (2:1) assist edən "Real Madrid"in cinah oyunçusu Vinisius Junior idi. Bundan əlavə, braziliyalı futbolçu 5 dəfə qapıya zərbə endirib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında "Borussiya" "Real"la qarşılaşacaq. Bu görüş iyunun 1-də baş tutacaq və Londondakı "Uembli" stadionunda keçiriləcək.

BAKU.WS