SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.

***00:34

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.

Azərbaycan təmsilçisi 70-ci dəqiqədə meydan sahiblərini məyus edib.

Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

***00:05

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

Hələlik görüşdə hesab açılmayıb.

***2023-10-05 23:49

İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***23:01

İsveçdə "Hakken" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu start götürüb.

“Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edir.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde" ilə üz-üzə gəlir.

***22:04

İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək "Hakken" və "Qarabağ"ın start heyətləri bəlli olub.

BAKU.WS xəbər verir ki, komandalar meydanı aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Hakken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Baş məşqçi: Per Matias Hoqmo

"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS