SİZİN REKLAM BURADA!
055 213 76 73


“Real Madrid”in 18 yaşlı türkiyəli futbolçusu Arda Gülerin İspaniyadakı debutu bir qədər də ləngiyir.

BAKU.WS İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu daha 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Son 3 gündür komandadan ayrı çalışan Arda sabah keçiriləcək "Valensiya" matçının hazırlıqları üçün "Real Madrid"in təsislərində keçirilən məşqə qatılmayıb.

Real Madridin baş məşqçisi Karlo Ançelotti Türkiyə millisinin futbolçusu Arda Gülərin köhnə əzələ zədəsinin təkrarlandığını, ciddi bir vəziyyət yaşamadığını, lakin futbolçunun çox üzüldüyünü bildirib.

BAKU.WS