SİZİN REKLAM BURADA!
055 213 76 73


La Liqanın 35-ci turunda "Real Madrid" - "Valensiya" matçı zamanı "Real"ın brazilyalı futbolçusu Vinisius Junior irqçi təzyiqlərə məruz qalıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubuna 0:1 hesabı ilə uduzduğu matçda "Valensiya" azarkeşləri futbolçunun ünvanına irqçi şüarlar səsləndiriblər. 

Oyun zamanı Vinisiusa qarşı meydançada edilən kobud səhvlər zamanı hakimin kart göstərməməsi gərginliyi artırıb.

İkinci yarıda mübahisə yaşanıb və Vinisius daha əvvəl boğazını arxadan sıxan hücumçu Hüqo Duronun üzünə yumruq vurub.

Vinisius Junior karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.

Brazilyalı futbolçu bu qərarı istehzalı gülüş və alqışlarla qarşılayıb.

Paltardəyişmə otağına gedərkən "Valensiya"nın ehtiyat oyunçularına jestləri reaksiyaya səbəb olub və komanda yoldaşları onun müdafiəsinə qalxıb.

Daha sonra sosial şəbəkədə baş məşqçi Karlo Ançelotti daxil olmaqla, futbol ulduzları Vinisiusu müdafiə edərək, irqçiliyi qınayıblar.

Brazilyalıya arasında əfanəvi futbolçu Ronaldo, klub yoldaşları Kərim Benzema, Kamavinqa, Rüdiger, Valverde, Tibet Kurtua və həmçinin PSJ-nin ulduzları Kilian Mbappe, Neymar dəstək olublar.

La Liqa rəhbərliyi hadisəni araşdıracaqlarını açıqlayıb və artıq bütün mümkün video və foto materialları tələb ediblər.

La Liqa günahkarları cəzalandıracağına söz verib.

Ulduz futbolçu sosial şəbəkə hesabında hadisəni belə şərh edib:

"Bu nə birinci dəfə idi, nə ikinci dəfə idi, nə də üçüncü dəfə idi... Rəqiblər bunun normal olduğunu düşünür, Federasiya bunu normal görür və rəqiblər də buna təşviq edilir. Çox məyusam. Bir zamanlar Ronaldinyo, Ronaldo, Kriştiano Ronaldo, Lionel Messiyə sahib olması ilə bilinən bu liqa artıq irqçilərə məxsusdur. Məni qarşılayan, sevdiyim bir ölkədir, lakin dünyaya irqçi olaraq tanınmağı seçən bir ölkədir. Eyni fikirdə olmayan ispaniyalılar üçün məyusam, lakin günümüzdə Braziliyada İspaniya bir irqçilik ölkəsi kimi tanınır. Təəssüflər olsun ki, hər həftə başıma gələnlərə qarşı müdafiə olunmuram. Lakin özümü güclü hiss edirəm və irqçilərə qarşı sonunadək mübarizə aparacağam. Buradan uzaqda olsam belə..."

BAKU.WS
VİDEO

QALEREYA