SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın “Real Madrid” klubuna transfer olunduğu gündən bəri 2 dəfə zədələnən Türkiyə millisinin 17 yaşlı futbolçusu Arda Gülərin “Sevilya” ilə qarşılaşmada debüt edəcəyi gözlənilir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdə Arda Gülərin ən kiçik zədə ehtimalında meydana çıxmayacağı da vurğulanıb.

Lakin gənc ulduza Çempionlar Liqasında "Braqa" ilə matçda vaxt verilməsinin gözlənilir:

“Bu həftənin son məşqlərində (cümə axşamı-cümə) özünü yaxşı hiss edərsə, səfərə çıxacaq. İstənilən halda, o, yalnız risk sıfır olduqda oynayacaq. Tələsməyə ehtiyac yoxdur”.

Bu da o deməkdir ki, Arda Gülər üçün düz 103 gün sonra tunelin ucunda işıq görünür.

Məlumata görə, Arda Gülər Ançelotti ilə danışdıqdan sonra şad xəbəri ailəsinə belə verib:

"Deyəsən zamanı gəldi. Bernabeuda ilk matçımı keçirəcəyəm, bu mənim ən böyük arzumdur".

İspaniya mətbuatı həmin anlarda Ardanın göz yaşlarını saxlaya bilmədiyini də iddia edib.

BAKU.WS