SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Rayo Valyekano" ilə heç-heçə etdiyi matçda ilk dəfə heyətə saldığı Arda Gülərə şans verməməsinin səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, matçdan sonra "Real Madrid"in baş məşqçisi Ançelotti zədədən qayıdan gənc ulduz üçün tələsməyəcəklərini bildirib:

"Arda Güləri oynatmaq üçün uyğun fürsət olmayıb. Dünən bu haqda danışmışdıq, tələsməyəcəyik. O, tezliklə oynayacaq".

Real Madrid Çempionlar Liqasında növbəti oyununu noyabrın 8-də "Braqa" ilə keçirəcək. Madrid təmsilçisi La Liqanın 13-cü həftəsi noyabrın 11-də “Valensiya”nı qəbul edəcək.

BAKU.WS