SİZİN REKLAM BURADA!
055 213 76 73


“Real Madrid”in 18 yaşlı türkiyəli futbolçusu Arda Gülerin komandadakı debütü bir qədər də təxirə düşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Karlo Ançelotti deyib:

"O güclənənə qədər onu riskə ata bilmərəm. Bir az daha gözləmək məcburiyyətindədir", - deyə Ançelotti bildirib.

Xatırladaq ki, "Fənərbaxça"dan 30 milyon avroluq transfer qarşılığında "Real Madrid"ə transfer olunan Arda Gülər ​​hələ də "bənövşəyi-ağlar" ilə rəsmi matça çıxa bilməyib.

BAKU.WS
QALEREYA