SİZİN REKLAM BURADA!
055 213 76 73



İspan mətbuatı "Barselona"nın 30 yaşındakı futbolçusu Arda Turanla bağlı maraqlı məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, "Sport" qəzetinin iddiasına görə "Barselona" Arda Turanı transfer məbləği istəmədən klubdan göndərəcək. Klub Luis Enrikedən sonra komandanın baş məşqçi postuna keçən Valverdenin heyətdə düşünmədiyi Arda Turanı satmağa çalışır. Ancaq Ardaya 25 milyon avroluq transfer məbləğini ödəyəcək klub tapılmadığı üçün yaşını nəzərə alaraq futbolçunu pulsuz başqa kluba göndərəcəklər.

34 milyon avroya "Atletiko Madrid"dən transfer edilən Arda Turana bəzi Çin komandaları xaricində elçi düşən olmayıb. Ardanın da Çinə getmək istəməməsi vəziyyəti daha da çətinləşdirib. Bir neçə oyunçu ilə birlikdə Ardanın da müqaviləsinin qarşılıqlı olaraq ləğv ediləcəyi iddia edilir.

Qəzet, Arda Turanın 2020-ci ilə qədər olan müqaviləsini təsir gücü olaraq istifadə etdiyini və bununla da komandada qaldığını yazıb.

Şahin

BAKU.WS