SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Niderland yığmasını ədalətsiz davranışda ittiham edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" məlumat yayıb.

"Oyunda bəzi vəziyyətlərdə, xüsusən də penaltilər seriyasında düzgün addım atılmadı. Bu matçdan sonra Argentinanı az qala bədheybət kimi qələmə vermək istədilər, lakin o gecə çox şey oldu", - Messi bildirib.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final matçında Argentina Niderlanda penaltilər seriyasında qalib gəlib. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.

Messi 73-cü dəqiqədə penaltini qola çevirib.

Finalda isə Argentina Fransa yığmasını penaltilər seriyasında məğlub edərək tarixində üçüncü dəfə dünya çempionu olub.

BAKU.WS