Bağçada müəllimənin qəribə addımı: Çəkiliş qrupunu görən tərbiyəçi pəncərədən qaçdı
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sünbül" körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.
BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.
Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.
Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
ASF: Təbii fəlakətlər nəticəsində 53 min hektar əkin sahəsi zərər görüb
Son günlər Azərbaycanın müxtəlif regionlarında hava şəraitinin qeyri-sabit olması, intensiv yağış, dolu, sel-subasma, fırtına və qasırğa kimi təbiət hadisələri...