SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib.

Kamerunlu forvard bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.

Bu mövsüm ümumilikdə 18 matça çıxan Abubakar 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Beşiktaş" oktyabrın 30-da Türkiyə Superliqasının növbəti turunda "Qaziantep"i qəbul edəcək.

BAKU.WS