SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Siti"nin sahibi olan "City Football Group" Super Liqa komandası "Başakşehir" Futbol Klubunu almaq üçün ilk təklifi edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi ilə ilk görüş baş tutub.

2020-2021 mövsümündə Super Liqa çempionu olan "Başakşehir" "City Football Group"a satılacağı təqdirdə əcnəbilər tərəfindən idarə olunacaq.

Razılıq əldə olunsa İstanbul komandası "City Football Group"un və "Mançester Siti"nin qurucularından olan Mənsur bin Zayed əl-Nehyanın aldığı klublar zəncirinin bir hissəsi olacaq.

Qeyd edək ki, "City Football Group"a "Manchester City", "New York City", "Melborne City", "Yokohama F. Marinos", "Montevideo City Torque", "Girona FC", "Schuan Jiuniu", "Mumbai City FC", "Lommel SK", "Esparence Sportive Troyes", "Palermo", "Bahia" və "Club Bolivar City" klubuları daxildir.

BAKU.WS