SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "ağ-qaralar" 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.

Qeyd edək ki, saat 18:00-da başlayacaq matçda "Səbail" "Sabah"ı qəbul edəcək. Ötən gün açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

BAKU.WS