2021-ci ildə Azərbaycanda dörd Dünya Kuboku, bir dünya və Avropa çempionatı keçiriləcək

2021-ci ildə Azərbaycanda bir neçə beynəlxalq yarışın keçirilməsi təsdiqlənib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, siyahıda bu il müxtəlif idman növləri üzrə dörd Dünya Kuboku, bir dünya çempionatı və bir Avropa çempionatının (AVRO-2020-nin dörd oyunu) keçiriləcəyini görə bilərik:
İdman gimnastikası (yalnız alətlərdə) üzrə Dünya Kuboku/AGF Junior Trophy – 4-7 mart
Karate üzrə Premyer Liqa turniri – 12-14 mart
Bədii gimnastika üzrə Dünya Kuboku – 7-9 may
Aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları – 21-23 may
Aerobika gimnastikası üzrə dünya çempionatı – 27-29 may
“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi – 6 iyun
Futbol üzrə Avropa çempionatının dörd matçı – 12, 16, 20 iyun və 3 iyul
Güllə (tüfəng və tapança) və stend atıcılığı üzrə Dünya Kuboku – 21 iyun - 2 iyul
Güllə və stend atıcılığı üzrə Çempionlar Kuboku (Dünya Kubokunun final mərhələsi) – 18-24 oktyabr
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...
