SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə klublarının sosial şəbəkələrdə izləyici sayına görə statistikası hazırlanıb.

BAKU.WS xəbər verir ki, bu göstəricidə də “Qalatasaray” rəqiblərini açıq fərqlə üstələyir.

Belə ki, “Qalatasaray”ın sosial mediada populyarlığı günü-gündən artır. Xüsusilə son illərdə İkardi kimi ulduzlar gətirən Aslanın xarici izləyiciləri də çoxalıb. Hücumçu ilə danışıqlara başladığını “X” hesabında paylaşan “sarı-qırmızılı” komanda 22 milyon 900 min baxış sayı alıb.

“Cim-Bom” eyni uğuru Vilfried Zahanın transferini “X”da açıqlayan zaman əldə edib. Belə ki, bu paylaşımın izlənmə sayı 9 milyona çatıb.

Aslanın ən yaxın izləyicisi “Fənərbaxça” ötən il “Youtube”da “Sarı-qırmızılılar”ı qabaqlasa da, bu il izləyicilərini itirərək geridə qalıb.

Yeni populyarlıq qazanan sosial media tətbiqi “Tiktok”da da ötən mövsüm “Fənərbaxça” öndə olsa belə, “Qalatasaray” bu mövsüm hücuma keçərək əzəli rəqibini geridə qoyub.

Əzəli rəqiblər olan, “Beşiktaş”, “Fənərbaxça” bu göstəricidə də “Qalatasaray”dan geridə qalıb.

“Trabzonsporun isə ən çox izləyiciyə sahib olduğu sosial şəbəkə 2 milyon nəfərlə “X”dır. Lakin burada “Cim-Bom”u 13.4 milyon nəfər izləyir.

BAKU.WS