Lüksemburq yığması Azərbaycana qalib gələrək iki rekorda imza atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda iki rekorda imza atıb.
Lük Holtsun baş məşqçi olduğu komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 8-ə çatdırıb. Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.
Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.
Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.
Qeyd edək ki, Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.
Oxşar xəbərlər
DÇ-2022: Azərbaycan - İrlandiya Azərbaycan millisinin qapısına ikinci qolu vurdu - YENİLƏNİB-3 - VİDEO
Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. BAKU.WS xəbər ver...