Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...
08
yan
2019
08:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada ən çox sevilən idman növünün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz. Sağlıqlarına qismət, yetərincə yaxşı maaş alırlar və buna uyğun da addım atırlar. Bir çox əcnəbi futbolçular var ki, qarajlarında avtomobil kolleksiyası görmək mümkündür.Böyük əksəriyyət son modellərə üstünlük verdiyi halda, bəziləri baha qiymətə aldığı retro maşınlarıyla öyünür. Düzdü, azərbaycanlı futbolçuların bir neçə maşın saxlamaq imkanı yoxdur. Amma böhrandan sonra inandırıcı görünmür.Vaxtilə Mahir Şükürov, Rail Məlikov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov kimi yığma üzvlərinin “dəmir dostları”nın qiyməti yüzminlərlə ölçülürdü. Lap dəqiq desək, azı 200 min manatlıq avtomobillərdə gəzirdilər. Belələri indi də var. Sadəcə, barmaqla sayıla biləcək qədər azdılar.Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış olduz. Maraqlı gəldisə, digər oyunçuların “dəmir dostlar”ı ilə tanış olun.Cavid Hüseynov – BMW X5Kamran Ağayev – BMW X5Arif Daşdəmirov – Lexus GS350Bədavi Hüseynov – Lexus GS350Ruslan Qurbanov – BMW 320 M3İlqar Qurbanov – BMW 320 M3Coşqun Diniyev – Hyundai AzeraNamiq Ələsgərov – Chevrolet CamaroTural Axundov – Audi Q7Elvin Məmmədov – Jeep Grand Cherookefootball-plus.az
Oxşar xəbərlər
Qadın futbolçular arasında dava düşdü: Xəstəxanaya düşənlər oldu (VİDEO)
Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub. B...