SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda fransalı Alisia Pulanja qalib gəlib.

Daha əvvəl Məhəmməd Musayev (60 kq) gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov da final görüşünə çıxacaq.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

***18:56

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı finalda İsrail təmsilçisi İzak Aşpizə uduzub.

Bu gün, həmçinin, 66 kq-dakı Əbil Yusubov və 52 kq-dakı qız cüdoçu Xədicə Qədəşova da final görüşünə çıxacaq.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

***15:39

Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində ispaniyalı Maria Monteneqroya qalib gəlib.

Qədəşova bu raundda braziliyalı Rafaela Rodrigeslə görüşəcək.

Bundan əlavə daha bir yeniyetmə cüdoçumuz Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində rumıniyalı Tudor Mosoini məğlub edib. Həmçinin Əbil Yusubov da dünya çempionatında yarımfinala vəsiqə qazanıb. 66 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

BAKU.WS